Dəniz Yılmazın komandası səfərdə məğlub oldu

12:51 27 Dekabr 2016

Millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" Türkiyə Superliqasının 16-cı turunda növbəti oyununa çıxıb.


Sportarena.az xəbər verir ki, komanda səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb. Matç "Gəncərbirliyi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.


Millimizin futbolçusu Dəniz Yılmaz start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.


Qeyd edək ki, 16 turdan sonra "Bursaspor" 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti