Sportarena.az
19 Yanvar 2017

Cahangir Əsgərov yenidən Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçildi

12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 27-də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.


Sportarena.az xəbər verir ki, konfransda şəhər və rayon idman cəmiyyətlərinin, idman klub və məktəblərinin təmsilçiləri, AAAF-nin üzvləri iştirak ediblər.


Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. İdmançılarımızın mötəbər beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandıqlarını vurğulayan nazir müavini deyib ki, Azərbaycanda 2016-cı ildə Avropa və dünya çempionatları, həmçinin digər beynəlxalq yarışlar yüksək səviyyədə keçirilib. İl ərzində idmançılarımız Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə ümumilikdə 837 medal qazanıblar.


AAAF-nin vitse-prezidenti Tofiq Heydərov son illər ağır atletika idmanı üzrə əldə olunan böyük uğurlar barədə məlumat verib. O, infrastruktur məsələlərinin qısa müddətdə həll olunduğunu, idmançılar üçün ən yüksək şəraitin yaradıldığını qeyd edib. T.Heydərov Azərbaycanda idmanın bu növü üzrə turnirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib.


Mandat komissiyasının adından çıxış edən baş katib Rizvan Rəsulov ölkəmizin bütün regionlarından nümayəndələrin konfransa dəvət olunduğunu deyib. O, 68 nəfərin qeydiyyatdan keçərək səsvermə hüququ əldə etdiyini diqqətə çatdırıb.


Sonra Federasiyanın prezidenti vəzifəsinə səsverməyə keçilib. Seçkidə yeganə namizəd olan AAAF-nin prezidenti Cahangir Əsgərov yenidən bu vəzifəyə seçilib.


Daha sonra AAAF-nin Rəyasət Heyətinin tərkibi formalaşdırılıb. Rəyasət Heyətinin iclasında isə Federasiyasının İcraiyyə Komitəsinin üzvləri, vitse-prezidentlər, həmçinin digər komitələrin üzvləri seçiliblər.(Azərtac)

Tarix
27.12.16 [18:55]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

19 Yanvar
18 Yanvar 

Facebook

Sorğu

Hansı futbolçumuz daha yaxşı legioner həyatı yaşayır?
 Kamran Ağayev
 Emin Mahmudov
 Eddi İsrafilov
 Dmitri Nazarov
 Deniz Yılmaz
 Tuğrul Erat

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio