Luis Suares planetin ən yaxşı bombardiridir

11:39 28 Dekabr 2016

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il başa çatan çempionatların yüksək liqalarında ən çox qol vuran futbolçuların yekun siyahısını tərtib edib.


Sportarena.az xəbər verir ki, 2016-cı ilin ən məhsuldar oyunçusu adına Luis Suares sahib olub.


Uruqvaylı hücumçu İspaniyanın “Barselona” futbol klubunun heyətində ölkə çempionatında carı ildə 40 dəfə fərqlənib. Bununla da L.Suares üçüncü dəfə bu titula yiyələnib. Belə ki, forvard 2010-cu ildə “Ayaks”, 2014-cü ildə “Liverpul”un heyətində dünyanın ən məhsuldar hücumçusu olub. Uruqvay millisinin üzvü üç fərqli klubda üç dəfə planetin ən yaxşı bombardiri olan yeganə futbolçudur.


Siyahıda ikinci pilləni 38 qolla Zlatan İbrahimoviç (PSJ, “Mançester Yunayted”), üçüncü yeri isə 36 qolla Qonzalo İquain (“Napoli”) tutur. Yekun siyahıda Kriştiano Ronaldo (“Real Madrid”, 35 qol) dördüncü, Lionel Messi (“Barselona”, 26 qol) onuncu, Neymar (“Barselona”, 24 qol) isə onaltıncıdır. Ən azı 24 dəfə fərqlənən futbolçuların yer aldığı siyahını ondoqquzuncu olan “Real Madrid” klubunun fransalı futbolçusu Kərim Benzema qapayır.


Digər xəbərlər

Xəbər xətti