"Kəpəz" Gəncədə hazırlıq keçəcək

Sportarena.az      28 Dekabr 2018, 17:53

Qış fasiləsinə çıxan “Kəpəz”in əvəzedici heyətinin hazırlıq planı müəyyənləşib.
 

Sportarena.az xəbər verir ki, komanda gələn il yanvarın 5-də yığışacaq. “Sarı-göylər” ayın 10-dan təlim-məşq toplanışına start verəcəklər. Gəncə şəhər stadionunda təşkil olunacaq bir həftəlik toplanış müddətində futbolçular gündə iki dəfə məşq edəcək.
 

“Kəpəz” hazırlıq dövründə üç yoxlama oyunu keçirəcək. Məşqçilər korpusu qərb regionunda olan birinci divizion klubları ilə qarşılaşmağı planlaşdırıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin