"Qarabağ" dünya reytinqində 34 pillə irəlilədi, "Qəbələ" isə gerilədi

17:56 29 Dekabr 2016

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, siyahıda ölkəmizin 4 klubunun adı da yer alıb. Siyahıda ölkəmizdən ən yüksək yeri 1361 xalla  479-cu pillədə qərarlaşan "Qarabağ" tutub. Ağdam klubu ötən illə müqayisədə 34 pillə irəliləyib.
 

Ötən illə müqayisədə 18 pillə geriləyən "Qəbələ" isə 852 xalla 626-cı yerdə qərarlaşıb.

 
"Kəpəz" 156 xalla 873-cü, "Neftçi" isə 103 xalla 917-ci yerdədir.
 
 
Siyahının ilk dörd pilləsində İspaniya klubları qərarlaşıb: "Real" 1-ci (16479 xal), "Barselona" 2-ci (16423 xal), "Atletiko" 3-cü (13560 xal), "Sevilya" isə 4-cü yerdədi (13160 xal).


Xəbər xətti