Futbol məşqçilərinin son reytinq siyahısı açıqlandı

22:45 29 Dekabr 2016

Futbol məşqçilərinin 2016-cı il üçün yekun reytinq siyahısı açıqlanıb.

Cari ilin son siyahısında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov və “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da yer alıblar.

Hesabında 1361 xal olan Q.Qurbanov siyahıda 458-ci, 852 xala malik R.Qriqorçuk isə 642-ci yerdədir.

Reytinq siyahısında ilk üç yeri İspaniya klublarının baş məşqçiləri tutub. Belə ki, “Barselona” klubunun məşqçisi Luis Enrike siyahıya başçılıq edir. Onun aktivində 16423 xal var. “Real Madrid”in çalışdırıcısı Zinəddin Zidan 16079 xalla ikinci, “Atletiko Madrid”in məşqçisi Dieqo Simeone isə 13560 xalla üçüncüdür.


Digər xəbərlər

Xəbər xətti