Şumaxerin müalicəsinə rekord məbləğdə pul xərclənib

18:10 30 Dekabr 2016

3 il qabaq dağ xizəyində yıxılaraq kəllə-beyin travması alan əfsanəvi "Formula 1" pilotu Mixalil Şumaxer barədə yeni məlumat yayılıb. 
 

Sportarena.az xəbər verir ki, alman pilotun müalicə xərci indiyə kimi 13.8 milyon funt-sterlinq edib.
 

Şumaxerin həftəlik müalicə xərci 115 min funt-sterlinqə başa gəlir. 
 

Qeyd edək ki, alman pilot "Formula 1"da 1991-2012-ci illər ərzində "Benetton", "Ferrari" və "Mercedes" komandalarının şərəfini qoruyub. O, 7 qat dünya çempionudur (1994, 1995, 2000, 2001, 2002, 2003, 2004). Bundan əlavə Şumaxer 91 qələb ilə "Formula-1" rekordçusudur. Həmçinin 155 podium, bir mövsümdə 13 qələbə və ardıcıl 5 çempionluqla da rekorda sahibdir.


Digər xəbərlər

Xəbər xətti