Rauf Mehdiyev, Müşviq Qəmbərov, indi də Babayev...

14:59 31 Dekabr 2016

«Vətən» RİOEUG-nun koordinatoru Rövşən Babayev vəzifəsindən istefa verib. 


Sportarena.az xəbər verir ki, bu ilin yayında «Vətən»lə müqavilə bağlayın Babayev daha əvvəl «Simurq»un və «Sumqayıt»ın əvəzedici komandalarını çalışdırıb və ardıcıl 3 mövsüm onun rəhbərlik etdiyi komandalar əvəzedicilərin çempionatında mükafatçılar sırasına düşüb.


Əməkdaşımızla söhbətində Babayev «Vətən»dən öz istəyi ilə ayrıldığını bildirməklə yanaşı, başqa klublardan hələlik hansısa təklif almadığını da söylədi.


Qeyd edək ki, daha əvvəl Müşviq Qəmbərov və Rauf Mehdiyev də «Vətən»lə işbirliyinə son veriblər. Qəmbərov hazırda AZAL-ın U-19 komandasını çalışdırır. Rauf Mehdiyev isə bir neçə gün əvvəl «Şəmkir»lə müqavilə bağlayıb.


Xəbər xətti