"Traktor Sazi" finalda - VİDEO

14:17 2 Yanvar 2017

Futbol üzrə İran kubokunda yarımfinal qarşılaşmaları keçirilib.


Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu səfərdə "Zob Ahan"ın qonağı olub. 


Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda Təbriz təmsilçisi 3:2 hesablı qələbə qazanaraq İran kubokunun finalına yüksəlib.


May ayının 23-ü keçiriləcək final qarşılaşmasında "Traktor Sazi" "Neft Tehran"la üz-üzə gələcək.


Xəbər xətti