"Lester" 19 yaşlı futbolçu transfer etdi

12:17 4 Yanvar 2017

"Lester" qış transfer pəncərəsində ilk transferini reallaşdırıb. 


Sportarena.az xəbər verir ki,  Premyer Liqa təmsilçisi "Genk"in 19 yaşlı yarımmüdafiəçisi Oninye Ndidini heyətinə qatıb. Dünən tibbi müayinədən  keçən  futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Lester" Ndidiyə görə Belçika təmsilçisinə 15 milyon funt ödəyəcək. 


Xəbər xətti