"Real" "Sevilya" ilə oyuna cidi itkilərə çıxır

00:08 5 Yanvar 2017

“Real”ın futbolçusu Kriştiano Ronaldo İspaniya kubokunun 1/8 finalında “Sevilya” ilə ilk oyunu buraxacaq.

Portuqaliyalı hücumçunun adı sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil edilməyib. Komandanın baş məşqçisi Zinəddin Zidan K.Ronaldoya istirahət vermək qərarına gəlib. Bundan başqa Pepe, Ramos, Lukas Vaskez, Kovaçiç və Qaret Beyl kimi futbolçular zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, “Real” – “Sevilya” görüşü bu axşam 00:15-də start götürəcək.


Xəbər xətti