Keçmiş sevgilisindən Ardaya mesaj: "Ürəyin təmizdirsə..."

01:13 5 Yanvar 2017

"Barselona"nın türk futbolçusu Arda Turanın keçən ay ayrıldığı Aslıhan Doğan ona mesaj göndərib.

 Aslıhanın paylaşımında məhz Ardanı nəzərdə tutduğu iddia edilir:

"Bir sevdiyin olsun... Xoşbəxtlikdə pul məqsəd deyil, vasitə olmalıdır. Olmadığı zaman da paylaşmağı bilmək lazımdır. Ən çox onunla gül, saatlarla söhbət et. Bir-birinizlə əlaqə saxlaya bilməyəndə "Görəsən, başqası ilədir?" deyə deyil, "Başına nəsə gəldi" deyə həyəcanlan. Münasibəti başqaları ilə müqayisə etmə. Biri sevdiyini çox söylər, biri daha çox göstərər. Nəsə daha azdırsa, bu, səni daha az sevir deyə, deyil. Telefonunu qurdalamaqla ömür keçməz. Bir insan bir şey etmək istəsə, edər. Ürəyin təmizdirsə, sən araşdırmasan da, etdiklərini biləcəksən. Sonuna qədər güvən. Ürəyin bir gün sınarsa, yenisini düzəldər".(axşam.az)


Xəbər xətti