Memfis Depay Fransa klubunun hədəfində

12:58 5 Yanvar 2017

"Mançester Yunayted"in satmaq istədiyi hollandiyalı futbolçu Memfis Depay Fransanın "Nitsa" klubuna keçə bilər.


Sportarena.az xəbər verir ki, bu barədə Fransa klubunun prezidenti Jan-Pier Rivere məlumat verib. O, bu barədə verdiyi açıqlamada futbolçu ilə maraqlandıqlarını, lakin transfer etməyə maddi güclərinin çatmayacağını bildirib:


"Depayla bir çox klub kimi biz də maraqlanmışıq. Amma maddiyyatbaxımından son dərəcə çətin bir transfer olacaq. "Mançester Yunayted" Depay üçün çox pul xərcləyib. İndi də satmaq istəyirlər, amma bizim üçün onu transfer etmək imkansız kimi görünür".


Xatırladaq ki, daha öncə futbolçu ilə Türkiyənin "Fənərbaxça" klubu da maraqlanırdı.


Qeyd edək ki, cari mövsüm 8 görüşdə iştirak edən futbolçu qol vurmağı bacarmayıb.


Xəbər xətti