Həyat yoldaşı ulduz futbolçunun meneceri oldu

Sportarena.az      6 Yanvar 2018, 18:18

"İnter"in futbolçusu Mauro İkardi meneceri Abian Moreno ilə müqavilənin müddətini yeniləməyib.
 

Bundan sonra ulduz futbolçunun menecerliyini xanımı Vanda Nara edəcək. Bu barədə məlumatı açıqlamasında argentinalı oyunçunun özü verib.
 

Qeyd edək ki, Moreno ilə İkardi 10 il birlikdə çalışıb.
 

Xatırladaq ki, İkardinin həyat yoldaşı və yeni meneceri Vanda Nara daha əvvəl argentinalı futbolçu Maksi Lopezlə evli olub. Lopezdən ayrılan Nara, daha sonra İkardi ilə evlənib. Cütlüyün hazırda bir uşağı da var.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin