"Şapekoense"nin qəzadan sonrakı ilk oyununun vaxtı açıqlandı

21:11 6 Yanvar 2017

Noyabrda təyyarə qəzasına uğrayan Braziliyanın “Şapekoense” klubunun qəzadan sonrakı ilk oyununun vaxtı müəyyənləşib. 

“Şapekoense” yanvarın 21-də Braziliya çempionu “Palmeyras”la qarşılaşacaq. 

Qarşılaşma “Şapekoense”nin doğma meydanı “Arena Konda”da keçiriləcək. 

Qeyd edək ki, komandanın baş məşqçisi Vaqner Mançini hazırda heyətə yeni futbolçular cəlb edir.


Digər xəbərlər

Xəbər xətti