Qvardiolanın "qara siyahı"sı AÇIQLANDI

13:50 7 Yanvar 2017

Cari mövsümdə istədiyi oyunu sərgiləyə bilmıəyən "Mançester Siti" rəhbərliyi artıq yeni mövsümlə bağlı planlar cızmağa başlayıb.

 

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Pep Qvardiola ilə görüşən klub rəhbərliyi problemlər ətrafında müzakirələr aparıb. Yeni mövsümlə bağlı transfer məsələləri müzakirə edilib. Qvardiola klub rəhbərliyinə komandasında görmək istəmədiyi futbolçuların adlarını təqdim edib.

 

İngiltərə mətbuatının məlumatına görə, siyahıda Yaya Ture, Xesus Navas, Vili Kabalyero, Qael Klişi, Bakari Sanya, Pablo Zabaleta ve Aleksandr Kolarovun adları var. 


Xəbər xətti