"Kəpəz"in yoxlama oyununda rəqibi dəyişdi

14:08 7 Yanvar 2017

“Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunları arasında dəyişiklik olub.

 

Sportarena.az xəbər verir ki, yanvarın 19-da “Zirə”ylə oyun keçirmək barəsində əvvəlcədən razılıq əldə olunsa da, paytaxt klubunun Türkiyədə toplanış keçməsi ilə əlaqədar, görüş baş tutmayacaq. Əvəzində Gəncə təmsilçisi “Zaqatala” ilə oynayacaq. Birinci divizion klubu ilə görüş yanvarın 19-da keçiriləcək. “Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti