"Təhlükəsizliyimizə təşkilatçılar cavabdehdi" - "Neftçi" rəsmisi

17:16 7 Yanvar 2017

Biraz əvvəl son zamanlar Türkiyədəki terror hadisələriylə bağlı yazı dərc etmişdik. Yazıda qardaş ölkədə vəziyyətin həddindən artəq təhlükəli olduğunu, həmçinin insanların və qış hazırlığını bu ölkədə keçirmək istəyən klubların bu ölkəyə yollanmaqdan imtina etdiyini, ancaq Azərbaycan klublarının iradəli davranaraq oraya yollandığını bildirmişdik. Hətta "İnter" rəsmisinin də vəziyyətlə bağlı fikirlərini dərc etmişdik (http://sportarena.az/news/61008/?n=l).

 

Vəziyyətin ciddiliyini nəzərə alaraq məsələni gündəmdə saxlamağa davam edirik. Bu məqsədlə Antalyaya yollanan daha bir klubun mətbuat xidməti ilə əlaqə saxladıq. Söhbət "Neftçi"nin rəsmisi Mehman Rəsulovdan gedir.

 

"Neftçi" toplanışa yollanmamışdan öncə və ya sonra təhlükəsizliklə bağlı hər hansı addım atıbmı",  "Komandanın Antalyadakı təhlükəsizliyinə kim cavabdehdi", "Terrorla bağlı hər hansı qorxu və ya Türkiyəyə getməklə bağlı tərəddüd olubmu" suallarına Rəsulov qısa şəkildə cavab verdi:

 

 

"Bizim məskunlaşdığımız bölgədə təhlükəsizlik ən yüksək səviyyədədir. Təhlükəsizliyimizə əsasən təşkilatçılar cavabdehdi. Hər hansı tərəddüdümüz olmayıb. Burada tam sabitlik və sakitlikdir".

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti