Smolov Ramosu əvəzləyəcək?

17:52 7 Yanvar 2017

“Krasnodar”ın və Rusiya yığmasının hücumçusu Fyodor Smolov karyerasını Almaniyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə Dortmund “Borussiya”sı yaxından maraqlanır. "Sarı-qaralar" bu keçidə görə Rusiya klubuna 10 milyon avro ödəməyə hazırdı. Almanlar Smolovu Çindən təklif alan Adrian Ramosun əvəzləyicisi qismində görürlər.

 

Qeyd edək ki, karyerası ərzində Moskva “Dinamo”su, “Feyenord”, “Anji” və “Ural” klublarının da formasını geyinmiş Smolov 2015-ci ildən “Krasnodar”da çıxış edir.  


Digər xəbərlər

Xəbər xətti