"Sumqayıt"ın üçüncü rəqibi müəyyənləşdi

10:54 8 Yanvar 2017

Yanvarın 10-da təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq “Sumqayıt” qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. 

 

Sportarena.az xəbər verir ki, “kimyaçılar” ilk iki rəqibi daha əvvəl bəlli olsa da, artıq üçüncü sınaqçının da adına aydınlıq gəlib. Belə ki, yanvarın 13-də “Şkenderbeu” (Albaniya), 16-da isə “Nasaf”la (Özbəkistan) qarşılaşacaq sumqayıtlılar həmin ayın 19-da Antalyada üçüncü və sonuncu sınaq matçına çıxacaqlar. Rəqib isə Qazaxıstan “Atırau”su olacaq.

 

Qeyd edək ki, yoxlama oyunlarının başlama saatları bəlli deyil.


Xəbər xətti