Maradonadan Tevezə dəstək AÇIQLAMASI

12:38 8 Yanvar 2017

Dünya futbolunun əfsanəsi Dieqo Maradona həmyerlisi Karlos Tevesin Çinin "Şanxay Şenhua" klubuna transfer olmasına münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, Maradona Tevesin düzgün addım atdığını söyləyib:

 

"Karlos Tevez lazım olanı etdi. Xuan Roman Rikelme və Dieqo Maradona da eynisini edərdi. Rikelmeyə həmin maaşı versinlər, bu gün Çin dilində danışar".

 

Qeyd edək ki, Tevesin "Şanxay Şenhua"da illik maaşı 40 milyon avrodur.


Xəbər xətti