"Neftçi"nin Antalyada ilk sınağı

14:27 8 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün 2017-ci ildə ilk oyununa çıxacaq.

 

Sportarena.az xəbər verir ki, hazırlıq matçında “ağ-qaralar”ın rəqibi Türkiyə 1-ci liqa təmsilçisi “Sivasspor” olacaq. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.

 

Qeyd edək ki, "Sivasspor" hazırda turnir cədvəlində 4-cü yeri tutur və superliqaya çıxmaq uğrunda mübarizə aparır. 


Xəbər xətti