Millimizin iştirak etdiyi turnir başladı

15:50 8 Yanvar 2017

Bu gün Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunan yeniyetmə futbolçular arasında ənənəvi beynəlxalq turnir start götürüb.

 

Sportarena.az xəbər verir ki, açılış oyununda Tacikistan Yunanıstana 1:0 hesabı ilə qalib gəlib.

 

Yarışda iştirak edən Azərbaycanın U-19 millisi Litva, Slovakiya və Qazaxstanla C qrupunda mübarizə aparacaq. Komandamız ilk oyununu sabah Litvaya qarşı keçirəcək.


Xəbər xətti