"Bizim üçün ikiqat ağır oldu" - Fəhmin Muradbəyli

12:09 9 Yanvar 2017

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. Elxan Abdullayevin yetirmələri yerli “Sivasspor”la qolsuz bərabərə qalıb.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar”ın yarımmüdafiəçisi Fəhmin Muradbəyli oyundan sonra klubun saytına fikirlərini bildirib:

 

“Oyun çox ağır keçdi. Bura gələndən fiziki hazırlıq üzrə məşqlər keçirik. Buna görə, oyuna yorğun çıxmışdıq. Bizim üçün ikiqat ağır oldu. “Sivasspor” üçün də ağır idi. Başa-baş oyun getdi. Hər iki komanda yaxşı oyun sərgilədi. Meydanda əsl mübarizə oldu. Şanslarımız da oldu, ancaq istifadə edə bilmədik. Rəqibin də bir neçə şansı oldu. Belə görüşlərdə əsas nəticə yox, məşqçilərin tapşırıqlarını yerinə yetirməkdi”.


Xəbər xətti