Ramil "Trabzonspor"da məşqlərə başladı

15:52 9 Yanvar 2017

Türkiyənin "Trabzonspor" klubu Antalyanın Bələk bölgəsində II dövrənin hazırlıqlarını sürdürür.

 

Sportarena.az xəbər verir ki, "Samsunspor"a keçidi baş tutmayan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də bu komanda ilə məşqlərini davam etdirir. Futbolçumuz əvvəlcə məşqə qaçışla başlayıb, daha sonra komandaya qoşulub.

 

Qeyd edək ki, baş məşqçi Ərsun Yanal Ramil Şeydayevin mövsüm sonunadək hansısa bir kluba icarəyə verilməsini və oyun praktikası qazanmasını istəyib.


Digər xəbərlər

Xəbər xətti