Qazaxıstan klubu millimizə rəqib oldu

15:39 9 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək.

 

Sportarena.az xəbər verir ki, yığmamız yanvarın 12-də Almaniyanın FC “Rot Weis Erfurt”, yanvarın 14-də isə Qazaxıstanın “Okjetpes” komandası ilə qarşılaşacaq. Oyunlar, müvafiq olaraq, Bakı vaxtı ilə saat 16:00 və saat 18:00 başlayacaq.


Digər xəbərlər

Xəbər xətti