Avropa çempionu da Çinə yollandı

22:45 9 Yanvar 2017

Portuqaliya millisinin və “Real”ın sabiq üzvü Rikardo Karvalyo karyerasını Çində davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 38 yaşlı müdafiəçi Çinin “Şanxay SİPG” klubuyla anlaşıb. Bu barədə məlumatı klubun saytı yayıb.

 

Qeyd edək ki, Karvalyo karyerası ərzində “Real”dan başqa, “Portu”, “Çelsi”, "Monako" kimi komandalarda da top qovub. Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionu olan müdafiəçi həmin vaxtdan klubsuz qalmışdı.


Digər xəbərlər

Xəbər xətti