Messi FİFA-nın tədbirinə getmədi

19:11 9 Yanvar 2017

“Barselona”nın hücumçusu Lionel Messi bu gün FİFA-nın 2016-cı ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimində iştirak etməyəcək.

 

Sportarena.az xəbər verir ki, Messinin mərasimə getməməsinin səbəbi yanvarın 11-də ölkə kubokunda "Atletik"ə qarşı keçiriləcək oyuna hazırlıqla əlaqədardır. Kataloniya klubu ilk oyunda məğlub (1:2) olduğundan cavab oyuna xüsusi diqqət ayırıb.

 

Qeyd edək ki, argentinalı oyunçu ilin ən yaxşı futbolçusu adına üç namizəddən biridir. Messi ilə yanaşı digər “Barselona”lılar - mərasimə dəvət alan Jerar Pike, Andres İnyesta və Luis Suares də tədbirə qatılmayacaq.


Digər xəbərlər

Xəbər xətti