"Neftçi"nin transfer yalanı? - ŞOK AÇIQLAMA

12:09 10 Yanvar 2017

“Dreksanın “Neftçi”yə transferi təsdiqini tapmayıb”. Bu sözləri Çexiya mətbuatına açıqlamasında “Karvina” klubunun mətbuat xidmətinin rəhbəri Adam Yanujek deyib.

 

 

Sportarena.az xəbər verir ki, qış fasiləsində fəallığı ilə seçilən “Neftçi” 2 gün öncə növbəti transferini açıqlayıb. “Ağ-qaralar” rəsmi sayt vasitəsilə çexiyalı müdafiəçi Pavel Dreksa ilə 1 illik müqavilə imzaladıqlarını bildiriblər. Dreksanın “Neftçi”də 6 nömrəli formanı geyinəcəyi də məlumdu.

 

 

Maraqlıdı ki, 27 yaşlı futbolçunun son klubu, icarə əsasında çıxış etdiyi “Karvina”nın mətbuat xidmətindən isə bu məlumat təkzib olunub. Qurumun rəhbəri Adam Yanujekin sözlərinə görə, Dreksanı komandada saxlamaq üçün danışıqları davam etdirirlər: “Bakıdan Pavellə müqavilə bağladıqlarını açıqlayıblar. Halbuki, sözləşmə hələ imzalanmayıb. Danışıqları davam etdiririk”.

 

Qeyd edək ki, Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarının şərəfini qorumuş Dreksa “Karvina”dan öncə "Siqma”, "Banik” və "Znoymo” klublarında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti