Messini vətənində “sındırdılar”

12:36 10 Yanvar 2017

Argentinanın paytaxtı Buenos-Ayresdə naməlum şəxslər məşhur futbolçu Lionel Messinin heykəlini sındırıblar.

 

Sportarena.az xəbər verir ki, heykəlin yuxarı hissəsi kəsilib, postamentdə yalnız idmançının ayaqları qalıb. Yerli hökumət artıq heykəlin bərpası istiqamətində müvafiq işlərə başlayıb.

 

Qeyd edək ki, 2014-cü ildə vandallar Argentinanın paytaxtında Lionel Messi, Dieqo Maradona və Qabriel Batistutanın heykəllərini zədələmişdilər.

 


Xəbər xətti