"Səbail"dən iki transfer

10:25 11 Yanvar 2017

Birinci divizionda mübarizə aparan "Səbail" qış transfer dövründə daha iki futbolçunu heyətinə cəlb edib. 


Sportarena.az xəbər verir ki, paytaxt klubu "Neftçi"nin müdafiəçisi Orxan Qurbanlını icarəyə götürüb. 21 yaşlı futbolçu mövsümün sonuna qədər "Səbail"də çıxış edəcək. Bundan başqa, 27 yaşlı yarımmüdafiəçi Mirzağa Hüseynpurla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rusiyanın "Rostov" klubunun yetirməsi olan Mirzağa Hüseynpurun son klubu AZAL olub. Bunadək Hüseynpur Rusiyada "Mitos", ölkəmizdə isə "Sumqayıt", "İnter", "Simurq" komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti