"Arsenal" fabrik işçisini transfer etdi

12:41 11 Yanvar 2017

"Arsenal" fabrik işçisini transfer edib.

 

Sportarena.az xəbər verir ki, London klubu Kohen Bramallı heyətinə qatıb. 20 yaşlı müdafiəçi həvəskarlar liqası hesab olunan Non-liqada çıxış edən "Hednesford"un formasını geyinib və Krudakı "Bentley Motors" avtomobil fabrikində çalışıb. Bir ay əvvəl isə o, işdən çıxarılıb. İşlədiyi fabrikdə həftədə 400 funt-sterlinq maaş alan Bramal "Arsenal"da həftəyə 3 min funt-sterlinq qazanacaq. O, hələlik klubun U-23 komandasında çıxış edəcək.

 

 

"Arsenal" gənc ulduz üçün "Hednesford"a 50 min funt-sterlinq ödəyəcək. Bramall əvvəllər "Kristal Palas" və "Şeffild Uednesday" klublarından baxışda olsa da, bəyənilməyib.


Digər xəbərlər

Xəbər xətti