"Valensiya"da yeni baş məşqçi

14:36 11 Yanvar 2017

 

Bir müddətdir baş məşqçi postu boş qalan "Valensiya"da bu vəzifəni icra edəcək şəxsin adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, mövsümün sonuna kimi komandanı Voro Qonzalez çalışdıracaq. Klub rəhbərliyi 53 yaşlı mütəxəsisin vəziyyəti düzəldəcəyinə ümid edir. Voro 2015-ci ilin noyabrında Qari Nevillin istefasından sonra da bir müddət "yarasalar"a rəhbərlik etmişdi.

 

Qeyd edək ki, dekabrın son günündə Çezare Prandelli "Valensiya"nın baş məşqçisi postundan istefa vermişdi. 


Xəbər xətti