Sportarena.az
23 Avqust 2017

Azərbaycanlı idmançının evindən narkotik tapıldı

12 Punto 14 Punto 16 Punto 18 Punto

Külli miqdarda narkotik maddə satmaqda təqsirləndirilən sabiq basketbolçu Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

 

Sportarena.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxs ona qarşı verilən ittihamı qəbul etməyib. O, ümumiyyətlə narkotik maddə alverçisi olmadığını bildirib. Qeyd edib ki, şərlənərək həbs edilib. Təqsirləndirilən şəxs deyib ki o basketbolçudur və ölkənin bir-neçə basketbol klublarında təmsil olunub:

 

 

"Qala" klubunda oynamışam. Hadisə günü səhər evdən çıxıb işə gedirdim. Həmin vaxt tikintidə nəzarətçi çalışırdım. Evdən çıxıb maşına mindim. İki nəfər yaxınlaşdı, polis olduqlarını dedi. Dedilər evinizə baxış keçirəcəyik. Həmin vaxt evdə təmir gedirdi. Evdə axtarış aparılırdı. Heç nə yox idi. Sonradan dedilər ki, otaqdan narkotik tapılıb. 3 kq yarım narkotik tapıldığını dedilər, 6-7 nəfər məni həbs elədilər".

 

Toğrul Əsgərovun məhkəmədəki ifadəsi ilə istintaqa verdiyi ifadə ziddiyyət təşkil edilib. O istintaqa ifadəsində bildirib ki, əslən Cəlilalabad rayonundandır: "Narkotiki satış məqsədilə Biləsuvar rayon ərazisindən alaraq Bakıya gətirib".

 

 

Məhkəmə yanvarın 18-də davam edəcək.

 

 

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb. T. Əsgərov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham edilir. (Lent.az)

Tarix
11.01.17 [17:43]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Avqust
22 Avqust 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio