"Xəzər Lənkəran"ın keçmiş futbolçusu Finlandiya klubunda

11:50 12 Yanvar 2017

Azərbaycan yığmasının sabiq futbolçusu Cem Fələk özünə yeni komanda tapıb.

 

 

Sportarena.az xəbər verir ki, son vaxtlar xeyli sayda klub dəyişən milliləşən türkiyəli bu dəfə Finlandiyada peyda olub. 20 yaşlı yarımmüdafiəçi bir neçə gündü “Rovaniemi”nin düşərgəsindədi. Uşaq ikən qeyri-adi məhsuldarlığı ilə reklam olunan futbolçu Skandinaviya təmsilçisinin baxışa çağırdığı oyunçular arasındadı. O, bu klubda möhkəmlənmək üçün özünü yaxşı tərəfdən göstərməyi bacarmalıdı.

 

Qeyd edək ki, vaxtilə “Xəzər Lənkəran”la da müqavilə imzalayan Fələk bunadək Almaniyanın “Ayntraxt” (Frankfurt), “Bohum”, Şotlandiyanın “Aberdin”, Türkiyənin “Antalyaspor” kimi klublarında da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti