"Kəpəz"də 6 yeni futbolçu

12:56 14 Yanvar 2017

Ölkə paytaxtında təlim-məşq toplanışında olan “Kəpəz”in əsas komandasına əvəzedici heyətin 6 üzvü qoşulub.

 

 

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyevin qərarına əsasən, hücumçu Fərid Məmmədov, yarımmüdafiəçilər Emin Zamanov, Əli Səmədov, Yusif Cəfərov, müdafiəçilər Qaraxan Əliyev və Elcan Rəhimov Bakıya çağırılıb. Bu futbolçular mövsümün ilk yarısı ərzində çempionat və kubok matçları üçün mütamadi olaraq əsas komandaya cəlb olunub.

 

 

Əvəzedici heyətdən gələn oyunçular təlim-məşq toplanışı ilə yanaşı, yoxlama matçlarında da forma geyinmək şansı qazanacaq. 


Digər xəbərlər

Xəbər xətti