"Barselona"nın direktoru Messiyə görə qovuldu - ŞOK

13:55 14 Yanvar 2017

“Barselona” dünən klubun direktoru Pere Qratakosun qovulduğunu elan edib.

 

 

Sportarena.az xəbər verir ki, buna səbəb onun komandanın ulduz futbolçusu Lionel Messi haqqında söylədikləri olub. Belə ki,Qratakos İspaniya kubokunun 1/4 final mərhələsinin püşkatması zamanı “İnyesta, Neymar, Pike və digər həmklubları olmasaydı, Messi böyük futbolçu ola bilməzdi” deyib.

 

 

Klubdan bildirilib ki, direktorun bu ifadəsi rəhbərliyin fikirləri ilə üst-üstə düşmür. Elə bu ifadəyə görə də direktorla yollar ayrılıb.


Xəbər xətti