Kamranın komandası "Benfika"ya uduzmadı

10:23 15 Yanvar 2017

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün Portuqaliya çempionatında növbəti oyuna çıxıb.

 

Sportarena.az xəbər verir ki, Portu təmsilçisi 17-ci turda Lissabonda lider “Benfika”nın qonağı olaub.  Oyuna yaxşı başlayan "Boavişta" 25 dəqiqəyə 3 qol vurub. Lakin qonaqlar bu üstünlüyünü qoruya bilməyib. Paytaxt təmsilçisi hesabı bərabərləşdirə bilib - 3:3. 
 

Start heyətdə meydana çıxan Ağayev matçın 75-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb. Mahmudov isə meydana 89-cu dəqiqədə çıxıb. 



"Benfika" - "Boavişta" - 3:3
Qollar: 
Yuri Medeyros, 14 (0:1), Lukad De Lima, 20 (0:2), Andre Şembri, 25 (0:3), Mitroğlu, 41 (3:1), Jonas, 52-pen. (3:2), Fabio Espinyo, 67-avtoqol (3:3)


Digər xəbərlər

Xəbər xətti