Qvardiola darmadağından danışdı - AÇIQLAMA

10:48 16 Yanvar 2017

İngiltərə Premyer Liqasının 21-ci turunda səfərdə “Everton”a darmadağın olan (0:4) “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının əlinə düşən fürsətlərdən yararlana bilmədiyini deyib:

 

“Birinci hissədə bir neçə yaxşı qol imkanı əldə etsək də, dəyərləndirə bilmədik. Ancaq rəqib ilk əldə etdiyi şansdan yararlandı. Fasilədən dərhal sonra rəqib daha bir qol vurdu və bu, komandanı çətin vəziyyətdə qoydu. Bu oyun bizim cari mövsümkü çıxışımıza bənzəyir. Çox qol fürsəti yaratsaq da, lazım olan qolu vura bilmirik. Bu, futboldu”.

 

Qeyd edək ki, 21 turdan sonra hesabında 42 xal olan “Mançester Siti” 5-ci pillədə qərarlaşıb. “Şəhərlilər” lider “Çelsi”dən 10 xal geri qalır.


Digər xəbərlər

Xəbər xətti