AZAL baxışa futbolçu dəvət etdi

17:15 16 Yanvar 2017

Mövsümün qalan hissəsinə hazırlığını Bakıda davam etdirən AZAL heyətinə də əl gəzdirməyi düşünür.

 

Sportarena.az xəbər verir ki, bu məqsədlə baxışa daha bir legioner cəlb olunub. Söhbət rusiyalı Arkadi Kaliferindən gedir. Tərlan Əhmədov Rusiyada aşağı yaş qruplarında oynamış futbolçu ilə bağlı yekun qərarı sabah "Kəpəz"lə keçiriləcək yoxlama matçından sonra verəcək.

 

Qeyd edək ki, "təyyarəçilər"in baxışa cəlb etdiyi digər legioner liberiyalı Omeqa Alamandi Robertsdi.


Digər xəbərlər

Xəbər xətti