Tanınmış məşqçi karyerasını bitirdi - Ailəsinə görə

13:14 17 Yanvar 2017

"Manchester United"in sabiq baş məşqçisi Lui van Qaal məşqçilik karyerasını bitirdiyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, "filosof" ləqəbli çalışdırıcının özü bu barədə məlumat verib. O, açıqlamasında futboldan gedişini ailəsində baş verənlərlə əlaqələndirib:

 

"Ötən il məşqçilik karyerama son qoymağı düşünürdüm. Lakin bir müddət istirahət etməyi məqsədəuyğun hesab etdim. Artıq qərarımı qətiləşdirmişəm. Bu qərarı verməyimə səbəb son zamanlar ailə həyatımda baş verən hadisələrdir".

 

Qeyd edək ki, hollandiyalı futbol mütəxəssisi karyerası ərzində "Barcelona", "Bayern Münich", "Manchester United", "Ajax" kimi klubları çalışdırıb və Hollandiya millisinə rəhbərlik edib.


Digər xəbərlər

Xəbər xətti