Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün növbəti yoxlama oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, “bankirlər” Rumıniyanın "Botoşani" klubu ilə qarşılaşıb. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi görüşdə qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, "İnter" Türkiyədəki ilk yoxlama görüşündə Qazaxıstanın "Ordabası" klubu ilə qolsuz heç-heçə edib.
18 yanvar
Yoxlama oyunu
“İnter” – “Botoşani” - 1:1
Qol: Mirsahib Abbasov, 75.