Növbəti tarixi transfer reallaşacaqmı? - 100 milyon avroluq təklif

18:12 18 Yanvar 2017

“Mançester Yunayted” “Atletiko”nun hücumçusu Antuan Qrizmann transfer etməyə yaxındır.

 

Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" qış transfer pəncərəsi boyunca fransalı forvard üçün Madrid klubuna təkliflər göndərsələr də, hamısında rədd cavabı alıblar. Bu gedişlə istəklərinə çatmayacaqlarına əmin olan ingilislər bu dəfə super təkliflə "hindular"ın "qapısını döyüblər".

 

 Belə ki, MY rəhbərliyi qarşı tərəfə Qrizmannın transferi üçün 100 milyon avro xərcləməyə hazır olduqlarını bildiriblər. Bu təklifə madridlilər hələ cavab verməsələr də, AS nəşrinin iddiasına görə, son zamanlar heç də yaxşı günlərini yaşamayan İspaniya klubu təklifi qəbul etməyi düşünür.

 

İspaniyalı həmkarlarımızın yaydığı digər xəbər görə isə Qrizmannın “Mançester Yunayted”ə keçidi baş tutarsa, “Atletiko” hücum xəttindəki boşluğu “Çelsi”in forvardı Dieqo Kosta ilə dolduracaq.

 

Qeyd edək ki, Antuan Qrizmann “Atletiko”ya 2014-cü ildə “Real Sosyedad”dan keçib

“Mançester Yunayted” “Atletiko”nun hücumçusu Antuan Qrizmanndan əl çəkmir. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, “mankunianlar” fransalı forvard üçün növbəti təklifə hazırlaşırlar.

 

Belə ki, ötən yay Fransa millisinin digər üzvü Pol Poqbanı 105 milyon avroya transfer edən “qırmızı şeytanlar” Qrizmann üçün 100 milyon avro ayırıblar. Bu, maliyyə cəhətdən sıxıntı çəkən “Atletiko” üçün də göydəndüşmə olar. Bu səbəbdən madridlilərin təklifi qəbul etmələri gözlənilir.

 

Qrizmannın “Mançester Yunayted”ə keçidi baş tutarsa, “Atletiko” hücum xəttindəki boşluğu “Çelsi”də baş məşqçi Antino Konte ilə mübahisə etdiyi üçün heyətdən uzaqlaşdırılan Dieqo Kosta ilə dolduracaq.

 

Qeyd edək ki, Antuan Qrizmann “Atletiko”ya 2014-cü ildə “Real Sosyedad”dan keçib


Digər xəbərlər

Xəbər xətti