"Qələbə bizim üçün daha faydalı oldu" - Qurbanov - AÇIQLAMA

10:08 19 Yanvar 2017

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın "Styaua" klubuna 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, qarşılaşma haqda bunları deyib:

 

"Maraqlı oyun alındı. Hər bir oyunda nəticələr vacibdir.  Bu oyunda da nəticə bizi qane etdi. Bu qarşılaşmada yaxşı çıxış etdik. Futbolçular verdiyimiz tapşırıqları aldılar və yerinə yetirdilər. Bu oyunun qələbə ilə bitməsi də bizim üçün daha faydalı oldu.

 

Rəşad Sadıqovun zədəsi ciddi görünmür. Amma yekun durum sabah tibbi müayinədən sonra məlum olacaq. Muarem Muarem isə əvəzlənməyi özü istədi. Ümid edirəm ki, ciddi bir şey yoxdur. Belə oyunlar təhlükəlidir, fiziki yükləmələr bəzən zədələrə səbəb olub. Təlim-məşq toplanışında belə zədələrin olması normaldır".


Digər xəbərlər

Xəbər xətti