"Şəmkir" rəhbərliyi hərəkətə keçdi - Hədəf Premyer Liqa - VİDEO

Sportarena.az      19 Yanvar 2018, 22:39

“Şəmkir” ölkənin futbol elitasına qayıtmaq üçün işləri davam etdirir. Klub meydandakı mübarizəsi ilə yanaşı, ondan kənarda da müəyyən məsələləri yoluna qoymalıdı. Söhbət, əlbəttə ki, Premyer Liqa üçün tələb olunan lisenziya meyarlarının yerinə yetirilməsindən gedir.

 

Çünki elitaya dönmək üçün təkcə nəticə qazanmaq kifayət etmir, həm də AFFA-nın Lisenziyalaşdırma Qrupu tərəfindən tələb olunan sənədləri standartlara cavab verən qaydada quruma təqdim etmək əsas vəzifələrdəndir.

 

Sportarena.az xəbər verir ki, klub rəhbərliyi Premyer Liqa yolunda mövcud şəraiti yaxşılaşdırmağa, infrastrukturu yeniləməyə çalışır. Bu mənada ilk növbədə, komandanın baza kimi yararlandığı, ev oyunlarını keçirdiyi Olimpiya İdman Kompleksinin stadionu elita üçün uyğun vəziyyətə gətirilməlidi.

 

Premyer Liqaya vəsiqə qazanmağa əsas namizədlərdən sayılan “Şəmkir” birinci divizionda ilk dövrədən sonra turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Qırmızı-ağlar” sonuncu dəfə 12 il öncə elitada çıxış ediblər. Komanda 7 ildir ki, aşağı liqada mübarizə aparır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin