Dünyanın ən gəlirli klubu hansıdır?

17:58 20 Yanvar 2017

"Manchester United" ötən mövsüm dünyanın ən çox gəlir əldə edən klubu oldu.

 

Sportarena.az xəbər verir ki, "Deloitte" maliyyə şirkətinin hesabatına görə, 2015-2016 ilin mövsümündə 689 milyon avro dəyərində gəlir əldə edən "Mançester Yunayted" 11 ildir bu siyahıya liderlik edən "Real"ı geridə qoyub. Premyer Liqa klubunun gəlirləri əvvəlki mövsümlə müqayisədə 100 milyon avro artıb.

 

Siyahının ilk 20 pilləsində yer alan digər klubların gəlirləri isə 12 faiz artaraq 7,4 milyard avro təşkil edib və rekord qırıb. "Barselona"nın 2-ci, "Real"ın 3-cü olduğu sıralamada, "Bavariya" 4-cü, "Mançester Siti" 5-ci yerdə qərarlaşıb. 

 

Hesabata görə, ən çox qazanan klublar arasında iki türk klubu da var. Ötən mövsüm 157,7 milyon avro qazanan "Fənərbaxça" siyahının 25-ci, 155,9 milyon avro əldə edən "Qalatasaray" isə 26-cı sətirini tutub


Digər xəbərlər

Xəbər xətti