Fabreqas Runiyə şərik çıxdı

22:35 23 Yanvar 2017

"Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqas "Hall Siti" ilə oyunda Qari Kehilin fərqlənməsinə şərait yaratmaqla Premyer Liqanın tarixinə düşüb.
 
 
Sportarena.az xəbər verir ki, ispaniyalı futbolçu turnirdə 101-ci məhsuldar ötürməsini verib. Bununla da, Fabreqas məhsuldar ötürmələrin sayına görə 3-cü pilləyə yüksəlib və Runiyə çatıb.
 
 
Bu göstərici baxımından Rayan Giqqs (162) birinci, Frenk Lempard (102) ikinci pillədə qərarlaşıb.


Xəbər xətti