"Qəbələ" sonuncu matçında qalib gəldi - YENİLƏNİB

20:14 24 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb. Təmzilçimiz bu görüşdən qalib ayrılıb - 2:1.

 

Qeyd edək ki,"Qəbələ" bundan əvvəl Albaniyanın “Partizani” (1:2), Rumıniyanın “Qaz Metan” (1:0) və Qazaxıstanın “Ordabası” (0:0) klubları ilə üz-üzə gəlib.

 

Yoxlama oyunu

24 yanvar

“Qəbələ” - “Şkendiya” 2:1

Qollar: F.Ozobiç, 38, A.Abdullayev, 77 - Yuri Çolak, 89

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 15. Vitali Vernidub, 88. Tellur Mütəllimov, 34. Ürfan Abbasov, 7. Nika Kvekveskiri, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 10. Ruslan Qurbanov, 9. Sergey Zenyov

Ehtiyat oyunçular: 33. David Piterzkeviç, 21. Roman Hüseynov, 14. Cavid Hüseynov, 77. Araz Abdullayev, 27. Teo Uiks, 30. Ramazan İsayev, 13. Murad Musayev, 29. Hacıağa Hacıyev, 8. Qismət Alıyev, 18. Baqali Dabo, 3. Vojislav Stankoviç


Digər xəbərlər

Xəbər xətti