"Şəmkir"in baş məşqçisi rəqiblərinin oyununu izlədi - FOTO

15:04 25 Yanvar 2017

Dünən birinci divizionun iki təmsilçisi - "Qaradağ Lökbatan" və "Şahdağ" yoxlama görüşündə üz-üzə gəldi.

 

Sportarena.az xəbər verir ki, Lökbatanda keçirilən oyunda qonaqlar 1:2 hesablı qələbəyə sevindi. Matçı tribunadan izləyənlər arasında Antalyadakı təlim məşq toplanışını vuraraq ölkəyə qayıdan "Şəmkir"in baş məşqçisi Qəhrəman Əliyev və digər klub rəsmiləri də olub.

 

Qeyd edək ki, "Şəmkir" 15-ci tur çərçivəsində "Şahdağ"ı qəbul edəcək. "Qaradağ Lökbatan"la qarşılaşma isə 22-ci tura təsadüf edəcək.

 


Xəbər xətti