Millimizin üzvü klubuna qayıtdı

16:54 25 Yanvar 2017

Qış transfer pəncərəsi boyunca adı "Neftçi"ylə yanaşı hallanan Pavel Paşayev müqavilə ilə məxsus olduğu Ukraynanın "Stal" klubuna qayıdıb.
 
 
Sportarena.az xəbər verir ki, o, komandanın Antalyada keçirilən təlim-məşq toplanışına qoşulub. 
 
 
Paşayev komandasının Rumıniyanın "Tıqru-Mureş" klubuna qarşı görüşdə iştirak edib. 2:0 hesablı ilə qalib gəldikləri matçda Pavel start heyətdə meydana daxil olub və ilk hissədən sonra əvəzlənib.
 
 
Qeyd edək ki, Paşayev "Neftçi"yə keçməyə yaxın olsalar da, klubu "ağ-qaralar"la razılığa gələ bilməyib.


Digər xəbərlər

Xəbər xətti